Akif Çovdarov aclıq aksiyasına başlayıb

Akif Çovdarov aclıq aksiyasına başlayıb

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi həbsdə olan rəisi Akif Çovdarov aclıq aksiyasına başlayıb. Bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Vəkil deyib ki, A.Çovdarov bu gün səhər saat 9-dan müddətsiz aclıq aksiyasına başlayıb: "Bakı İstintaq təcridxanasında saxlanılan Akif Çovdarov oktyabrın 22-də həkim-kardioloq Natəvan Qurbanova tərəfindən müayinə edilib. Həkim onun sağlam olması haqqında rəy verib. Akif Çovdarov ondan yazdığı rəyin xəstəlik kitabçasına yazılmasını istəyib və dərmanların ona heç bir təsir etmədiyini deyib. Həkim isə buna icazəsinin olmadığını bildirib. Akif Çovdarov da buna etiraz edib və aclıq aksiyasına başlayıb".

K.Nəsibov qeyd edib ki, A.Çovdarovun cinayət işi 56 cilddir və iş üzrə 26 epizod var. İş üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb, 2 nəfər isə zərərçəkmiş şəxsin hüquqi varisidir. K.Nəsibov bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia 2 milyon 917 min 300 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...