Polis Akademiyasının tələbələri arasında dava

Polis Akademiyasının tələbələri arasında dava

Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb. "Report"un məlumatına görə, dava küçədə olub. Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib.

R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...