Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb

Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb


Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib. O, yağışlı hava şəraiti olduğundan pilləkənlərdən sürüşərək yıxılıb.

Nəticədə Ş.Əhmədova kəllə-beyin travması və bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...