Tovuza 55 santimetr qar yağdı

Tovuza 55 santimetr qar yağdı


Noyabrın 1-i gündüzdən 2-si səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən verilən məlumata görə, noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar ağıb.

Düşən yağıntının miqdarı

Lənkəran-Astara zonasında və Naxçıvan MR-da: 1-11, Böyük Qafqazda: 1-15, Qazax-Gəncə zonasında: 2-29, Mərkəzi-Aran rayonlarında: 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında: 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü

Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...