“Hadı Rəcəbli Əlikram Hümbətovun baş ideoloqu olub”

“Hadı Rəcəbli Əlikram Hümbətovun baş ideoloqu olub”


“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki! Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı”

Bu sözləri “Report”-un sualına cavab verən Hadı Rəcəbli deyib. Onun bu açıqlaması cəmiyyətdə kəskin narazılıqla qarşılanıb.

Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Hadi Rəcəbli böyük bir səhvə yol verib: “Qarabağda onun nə oğlu, nə qardaşı, heç bir yaxını vuruşmadığına görə, müharibə əlillərinə qarşı bu dərəcədə ədalətsizlik nümayiş etdirir. O, kommunist dövründən qalma və gedənin arxasınca danışan bir insandır. Hadı Rəcəbli Ayaz Mütəllibovun zamanında və ondan əvvəlki dövrlərdə də rəhmətlik Heydər Əliyevin ünvanına Politbüroya teleqram vuranlardan olub. İndi də ona 5-ci kolondan himayədarlıq edirlər. Rəcəbli tərəfindən deyilən bu fikirlərin də hamısı qardaşıma qarşı olan məsələlərdir. Çalışırlar ki, ölkədə indi də Qarabağ əlillərini qardaşım əleyhinə qaldırsınlar. Ona görə də bütün xəyanətlərə əl atırlar. Rəcəbli Əlikram Hümbətovun sağ əli, ilhamvericilərindən idi. Onun baş ideoloqu olub. Bu yaxınlarda Talış-Muğam Respublikası adlı separatçılar Moskvada qurultay keçirib və bayraqlarını hazırlayıblar. Onlar bayrağın surətini də göndəriblər. Artıq onlar orada Azərbaycan dövləti əleyhinə iş aparırlar. Məndə olan məlumata görə bu prosesdə adını çəkdiyim insanların da fəaliyyəti vardır. Hər yerdən əlləri üzülən bu kəslər Azərbaycana xəyanət edirlər. Sosial təminat məsələsində o bir dəfə ciddi bir qüsura yol verdi, sonar onu başqa yerə yozdu. İndi bu ikinci dəfədir ki, mənəviyyatdan uzaq olan belə fikirlər səsləndirib. Düşünürəm ki, bu cür insanlar Milli Məclisdə olmamalıdır. Qarabağ əlilinə verilən imtiyazların kəsilməsini təklif etmək bir vicdansızlıq, əxlaqsızlıqdır.

Bu insanlar həmin hərəkətlə ölkəni qarışdırmaq istəyir və çalışırlar ki, bir qismət çörəyə həsrət qalan Qarabağ əlilləri bundan sonra küçələrdə ölsün, sonar da torpaqlarımızın azad olunması yolunda heç kim müharibədə şəhid olmasın. H. Rəcəblinin müəllimindən, 5-ci kolona rəhbərlik edəndən soruşmaq lazımdır ki, Milli Məclisə deputat təyin etdiyin adamlar milli mənəviyyatdan kənar millətinə qənim kəsilmiş adamlardır. Rəcəbli Azərbaycanda ən böyük oliqarxlardandır. O bu əsasda da elə başa düşür ki, hamı onun kimi dolanır. Həftənin ilk iş günü saat 13.00-da Qarabağ əlillərinin dərdlərini dinləyib çalışacağam ki, bu barədə əziz qardaşıma geniş məlumat verəm. Hörmətli Şeyximizə də müraciət edirəm, Hadı Rəcəblini çağırıb ağzını yığsın. Qarabağ əlillərini ölkə prezidentinin üzərinə qaldırmayın. Hadı Rəcəbli ölkədə inqilabın başında durmaq istəyir və görünür qondarma Talış-Muğan Respublikasının yaranmasına fitva verənlərin dəyirmanına su tökənlərdən biri də odur. Vaxtilə Əli Kərimliyə yardım edənlər bu gün Azərbaycan hakimiyyətinə də arxadan zərbə vurmağa hazırdırlar”.



Qeyd: Səslənən ittihamlarla bağlı Hadı müəllimin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...