Benzinin qiyməti bahalaşdı - Qazaxıstanda

Benzinin qiyməti bahalaşdı -


Qazaxıstanda benzinin satış qiyməti bahalaşıb. Unikal.org "Sputnik” istinadən xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin bir litrinin qiyməti 151 tenge olub. "Qazpromneft” Ai-95 markalı benizinin 1 litrini 164 tengeyə, Ai-92 benzinin 1 litrini 151 tengeyə, dizel yanacağının litrini isə 150 tengeyə təklif edir.

"Aurika” yanacaqdoldurma məntəqələrində isə bu qiymətkər müvafiq olaraq 169 tenge, 151 tenge, 159 tengedir.

"Royal Petrol”un yanacaqdoldurma məntəqələrində isə Ai-98 benzini 170 tengeyə, Ai-95 - 164 tengeyə, Ai-92 - 150 tengeyə, dizel yanacağı 148 tengeyə satılır. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Qazaxıstan tengesinin məzənnəsi 0,0050 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...