Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu — TƏFƏRRÜAT

Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu —

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın edən şəxsin kimliyi məlum olub. "Ölkə.Az" xəbər verir ki, bu 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu basqın edib. Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədov əvvəllər bankların birində xəzinədar işləyib. Həmçinin ifadəsində ruhi-əsəb xəstəsi olduğunu deyib.

Banka baqsın edən şəxs hazırda Yasamal RPİ-nin 27-ci polis bölməsində dindirilir.

***

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...