Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib - FOTOLAR

Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib -

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon Gənclər Mərkəzində keçirilən qəbulda nazir müavinləri və müvafiq icra strukturlarının rəhbərləri də iştirak edib.

Nazir Bərdə, Ağdam və Tərtər rayon sakinləri, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.


Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...