BŞİH Bakının mərkəzi parklarına peyin tökdü, şəhərə xoşagəlməz qoxu yayıldı (AÇIQLAMA)

BŞİH Bakının mərkəzi parklarına peyin tökdü,

Bakının mərkəzi küçələrindən olan Füzuli və "28 may"da ətrafa yayılan xoşagəlməz qoxu insanları narahat edir. Ərazidə yerləşən Səməd Vurğun və Heydər Əliyev parklarından yayılan qoxunun səbəbi çox güman ki, parkdakı ağacların gübrələnməsi məqsədilə verilən peyindir.

Ancaq şəhərin mərkəzində belə qoxunun hansı səbəbdən gəlməsindən asılı olmayaraq narahatlığa səbəb olduğuna görə Bakı şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı fikrini öyrənmək istədik.

Qurumun Şəhər Təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov Qaynarinfo-ya açıqlamasında əvvəlcə şəhərdə hər hansı qoxunun olmasını inkar edərək "Hansı monitorinq əsasında bunu deyirsiniz?” deyə sual verdi, qoxunu hiss etmək üçün monitorinqə ehtiyac duyulmadığını bildirdikdən sonra bunun təbii hal olduğunu bildirdi:

"Yəqin ki, siz şəhərdə böyümüsünüz. Əks halda bu qoxu sizə belə təsir etməzdi. Çünki bağlarımızda, kəndlərimizdə də gübrələnmə işi aparıldıqda bu kimi qoxular olur. Razıyam, xoşagəlməz iydir. Ancaq ağacları, yaşıllığı qorumaq üçün vacibdir. Onu da qeyd edim ki, verilən gübrələrdə heç bir kimyəvi birləşmə yoxdur. Təbii peyindir. Qoxusunun çəkilməsi də çox uzun proses olmayacaq. Bir-iki dəfə yağış yağsın, çəkilib gedəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...