Azərbaycanda şərab istehsalı niyə azalıb? - Nazir açıqladı

Azərbaycanda şərab istehsalı niyə azalıb? -

"Bu gün Azərbaycan şərabçıları istehsal etdikləri şərabları sata bilmirlər".

Gundeminfo.az-ın məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir: "Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb. Buna başlıca səbəb isə əsasən şüşə qabların, şüşə qablaşma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur”.

Nazir deyib ki, şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür: "Bu məsələdə əsas olan marketinqdir. Bu məsələdə dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı 2 dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.

Nazir bildirib ki, bu ilin sonuna qədər "Azərşüşə” MMC-ə tikilərək istifadəyə verilməlidir: "İnanıram ki, bu zavodun da fəaliyyətə başlaması problemin həllinə nail olmasına yardımçı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...