Deputat “Azərişıq”ı məhkəməyə verdi

Deputat “Azərişıq”ı məhkəməyə verdi

"Lerik Broyler” MMC "Azərişıq” ASC-ni məhkəməyə verib.

GUNDEMİNFO.AZ Foodinfo.az-a istinadən xəbər verir ki, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən ləğv edib.

İşə Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan "Lerik Broyler” MMC-nin məhsulları "Lebro” brendi ilə satışa çıxarılır.

İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir.
"Lerik Broyler” MMC-nin sahibi deputat İqbal Məmmədovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...