Ermənilər azərbaycanlı kulinara hücum etdi - VİDEO

Ermənilər azərbaycanlı kulinara hücum etdi -

Rusiyada məşhur olan azərbaycanlı kulinar, yazıçı, NTV telekanalındakı “Bağ cavabı” verlişinin kulinariya rubrikasının aparıcısı Stalik Xankişiyev ermənilərin hücumlarına məruz qalıb.

Buna səbəb S. Xankişiyevin Azərbaycanın milli mətbəx nümunələrini öz adlarına çıxan ermənilərin yalanlarını ifşa etməsidir. Belə ki, milli mətbəximizi təbliğ edən həmyerlimiz onu oğurlamağa çalışanlarla mübarizə apardığı üçün sosial şəbəkələrdə hücumlara məruz qalıb. Ermənilər soydaşımızın təbliğatının böyük hissəsini təşkil edən Feysbuk səhifəsinin bağladılmasına nail olub.

Lider TV-də yayımlanan “Status” verilişi Azərbaycan ictimaiyyətinin və mediasının diqqətini bu hadisəyə yönəltmək üçün bu günkü buraxılışını məhz bu mövzuya həsr edib.

Verilişdə həm qonaqlar, həm də aparıcılar tərəfindən Stalik Xankişiyevə dəstək çağırışı edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...