İstirahət günlərində 10 qəza oldu - 6 ölən var, 16 yaralı

İstirahət günlərində 10 qəza oldu -

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 39-u "isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...