700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur. Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.

Modern.az saytı ictimaiyyətin marağını nəzərə alaraq, son qəbul imtahanlarında 700 bal toplamış birinci kurs tələbələri ilə əlaqə saxlayıb, onlardan qış semestrini necə başa vurduqlarını xəbər alıb.

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.
“Dərslərimi çox yaxşı oxuyuram. İmtahanları əla qiymətlərlə başa vurdum. Heç bir çətinliyim olmadı. Bundan sonra da bu cür davam etmək istəyriəm”.

Ağcabədi rayonu 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədova İqtisad Universitetinin beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır.
“Qrup nümayəndəsiyəm. Təhsilimi ingilis dilində alıram. İmtahanlardan əlaçı kimi çıxdım. Universitetin “Top 15” qrupuna daxil oldum və buna görə çox sevindim. Ümumilikdə 6 imtahan verdim. İmtahanların 4-nü 100 balla, 2-sini 99 balla başa vurdum. Çalışacam ki, bu cür də davam edim”.

Paytaxtdakı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur:
“BDU-nun Hüquq fakultəsində təhsil alıram. Çox şükür ki, imtahanları yaxşı verə bildim və əlaçı oldum. Düzdü, imtahanlar çətin idi, amma semestr boyu dərsləri yaxşı oxuduğuma görə imtahanları müvəffəqiyyətlə geridə qoydum. Düşünürəm ki, dərsləri vaxtında yaxşı oxumaq lazımdır”.

Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova da Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alır.
“Təhsilim ingilis dilindədir. Dərslər yeni başlayanda çətinliyim vardı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Dərslərimi yaxşı oxuyuram. Qış imtahanlarını çox yaxşı verdim. Əlaçı oldum. Düzdü, bəzi ədəbiyyatlar tapılmırdı. Amma müəllimlərin köməkliyi ilə həmin ədəbiyyatları tapdıq və imtahanlara daha yaxşı hazırlaşdıq”.

Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova ADA Universitetində təhsil alır.
“ADA-nın İctimai münasibətlər fakultəsində oxuyuram. Tədris prosesindən razıyam. İmtahanları çox yüksək səviyyədə verdim. Hər imtahandan 90 baldan yüksək nəticə göstərdim. Belə də davam etmək niyyətindəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...