"I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılacaq"

"I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılacaq"

"2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, bəzən Azərbaycanın böyük şəhərlərində bir məktəb boş qalır, digərində isə şagird sıxlığı müşahidə olunur: "Bütün ölkə üzrə bu sistem tədricən tətbiq olunacaq. Biz bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik".

Nazirlik rəsmisi vurğulayıb ki, bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq: "Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".
Şöbə müdiri həmçinin qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni kurikulum layihəsi hazırlanaraq ictimai müzakirəyə təqdim olunub: "Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edəcəyik. Əvvəlki ilə müqayisədə bu layihədə əsaslı və ciddi dəyişikliklər edilməyib. Yeni layihədə də fənlərin sayı, fənlərin saatlarının sayı dəyişdirilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompitensiyalar dəyişib".

Qeyd edək ki, növbəti tədris ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində elektron sistem vasitəsilə I sinfə şagird qəbulu olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...