2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq” - “Moody’s”

2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq” -

“2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%, 2019-cu ildə isə 2% təşkil edəcək”.

Bu barədə “APA-Economics” “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilir ki, ilkin qiymətləndirmələrə görə, 2017-ci ildə Azərbaycanda iqtisadiyyatı 0,1% böyüyüb. İnflyasiyaya gəlincə, 2018-ci ildə bu göstərici 6%, 2019-cu ildə 5% təşkil edəcək. Düşünürük ki, manatın məzənnəsinin sabitliyinə inam artdığından inflyasiya da 5-6% ətrafında sabitləşəcək,” – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri onu da bildirir ki, bu il tədiyyə balansında profisit ÜDM-in 2,3%-nə, 2019-cu ildə isə 3,8%-nə bərabər olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...