Güləşçimiz Ermənistandan olan dünya çempionuna qalib gəldi - 9:6

Güləşçimiz Ermənistandan olan dünya çempionuna qalib gəldi -

Kiyevdə keçirilən beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində azərbaycanlı yunan-Roma güləşi ustası İslam Abbasov Ermənistandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.

BakuPost xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.

Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...