Əgər ölkənizə qar yağmırsa... – dünya mütəxəssislərindən ilginc açıqlama

Əgər ölkənizə qar yağmırsa... –

Bu qış qar üzü görmədik. Hava bir az soyuyan kimi “qar indi yağar” deyib, gözümüzü göylərə dikdik. Üstəgəl, şəhərdə tüğyan edən qrip xəstəliyinin də səbəbkarı olaraq bu qarsızlığı görürük. Hesab edirik ki, qar yağsa, bu xəstəliklərin də kökü kəsilər. Halbuki mütəxəssislər bunun tamam əksini iddia edir.

Bəs, qar niyə yağmır? Əcəba havalar qar yağa bilməyəcək qədər soyumuş ola bilərmi?

Musavat.com xəbər verir ki, ABŞ Beynəlxalq Qar və Buz Məlumatları Mərkəzinin işçisi Mark Serrezenin bu mövzuda maraqlı fikirləri var. O və iş yoldaşları “buz topu” – yəni yaranması ehtimal edilən buz dövrü haqqında bir araşdırma aparırlar. Su donanda meydana gələn fərqli hərəkət tərzləri ilə maraqlanırlar.

Texniki olaraq 0 dərəcənin altındakı havalar qar yağmasına müsaid olaraq qəbul edilməlidir. Bunu araşdırma qrupunun üzvləri deyirlər. Yəni, onlar da havaların qar yağa bilməyəcək qədər soyuq olması fikrində bir həqiqət payı olduğunu qəbul edir. Çünki istilik azaldıqca havadakı nəmi də özü ilə bərabər gətirir ki, bu da hər hansı bir yağışın meydana gəlmə ehtimalını azaltmaqdadır.

Qar nisbətən bəsit bir tərkibdən ibarətdir. İçindəkilər: su buxarı, bulud bərkitmə çəyirdəkləri və bir qaldırma mexanimidir. Keçdiyimiz günlərdə ABŞ-ın qərbi tamamən bu tərkibə sahib idi. Bulud bərkitmə çəyirdəkləri demək olar ki, hər zaman ətrafa vuruşlar edirdi. Su buxarının çoxaımasına və bir maye yaranmasına kömək etməyə çalışırdı. Eyni zamanda havada, günlərdir Atlas okeanından sürətlənən yaş və ilıq bir fırtına formasında yoğun su buxarı mövcud idi. Amma sahili isitmək əvəzinə,bu xəfif külək şimal qütbündən gələn soyuq hava cəbhəsinin tam qarşında yerləşdi. Hər iki hava cəbhəsi toqquşanda isti hava soyuq havanın üzərinə doğru şiddətləndi. Beləlikcə, fırtınaya qar fırtınasına dönmək üçün ehtiyac duyduğu qaldırma mexanizmini təqdim etdi.

Bu buzlu tarazlığın bir bölümü belə dəyişsə,hava soyuq olduğu halda belə, qar dayana bilər. Nyu York üçün yaxın bir gələcəkdə belə bir vəziyyət ehtimal edilməsə də, Antarktikada da çox vaxt qarsız bir qış hökm etməkdədir.

Eyni zamanda unudulmuş bir qitə olaraq bilinən Antarktika qitəsi buzla əhatələnməsi ilə tanınır. Ümumi hesablamalara görə, Antarktika, dünyadakı ən soyuqvə ən küləkli yerdir. Bu qitə eyni zamanda dünyadakı ən quru yerdir.

“Antarktikada atmosfer o qədər soyuqdur ki, sadəcə çox az su buxarını özündə saxlayır. Bu baxımdan yağış miqdarı da azdır. İldə sadəcə bir neçə santimetr yağış yağır” – bunu da Serreze deyib.

Mütəxəssis bildirib ki, nadir hallarda qar yağdığı zaman da pudra kimi yapışır. ”Orada şahanə bir buz lövhəsi yerləşir. Antarktika dəniz səviyyəsindən 70 metrə qədər yüksəyə qədər çatan bir kütlə var. Bunun səbəbi yağan yağış və qarların illərdən bəri,minlərlə ildən artıqdır hələ də orada yığılmasıdır. Qısaca qeyd etmək lazımdırsa, hava qar yağmayacaq qədər soyumuş ola bilməz. Amma yüz faiz daha quru ola bilər. Çünki soyuq havaəsasən daha quru olmaqdadır. Qar isə nəmli və orta temperatur dərəcələrində yağma durumu nümayiş etdirir. Nəticədə təbiətin ananın hansı balansı daha uyğun görəcəyi ilginc bir məsələdir.

Türkiyəli mütəxəssislər isə deyirlər ki, iqlim dəyişiklikdə yaşanan dəyişikliklərin başlıca səbəbi qlobal istiləşmədir. Qlobal istiləşmə bir az da insan təsiri nəticəsində yaranıb. Atmosferdə həddən artıq dərəcədə parnik qazı var. Bu, nə deməkdir? Karbondioksit başda olmaq üzrə metan qazı və bir də təbii parnik qaznları var ki, bu da su buxarıdır. Su buxarının dünyaya bir zərəri yoxdur. Əksinə, atmosferdə nəmli bir aura yaradır. Bunun xaricində insan təsiri ilə qarışan karbondioksit, xüsusən də metan qazı günəşdən gələn şüaları yer üzünə çatdıdır, amma geri getməsinə mane olur. Eynən parnik aurası kimi. Atmosferdə hədsiz dərəcədə yığılmış bir karbondioksit var və dünyada bir istilik anbarlanması məsələsini də unutmaq olmaz. Bu da təbii ki, qar yağışlarına neqativ istiqamətdə təsir göstərir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...