Deputat: "Onları yox edən Qəddafinin yox edilməsini reallaşdıranlardır"

Deputat: "Onları yox edən Qəddafinin yox edilməsini reallaşdıranlardır"

Milli Məclisin deputatı Sahib Alıyev Liviyanın keçmiş dövlət başçısı Muəmmər Qəddafi ilə bağlı Belçika banklarını tənqid edib.

"Ölkə.Az"ın məlumatına görə, deputat Sahib Alıyev bildirib ki, Liviyanın 10 milyard dollar vəsaitini mənimsəyənlər Qəddafinin yox edilməsini planlaşdırıb reallaşdıranlardır:

"Qəddafini devirənlər deyirdilər ki, onun Qərbdəki banklarda 100 milyard dollara yaxın vəsaiti var və o pullar Liviya xalqına veriləcək. Aradan 7 il keçir, liviyalılar isə həmən o 100 milyardın heç ondan birini də görməyib və görməyəcək də. Bilirsiniz niyə? Çünki Qəddafi o pulların liviyalılara çatması üçün devrilib, sonra da öldürülməmişdi.
İndi bəlli olur ki, onun Belçika banklarından birindəki hesabında saxlanılan 16,1 milyard avronun 10 miyardı yoxa çıxıb. Bu həm də BMT qətnaməsinə uyğun olaraq Qəddafinin hesablarının guya dondurulduğu halda yoxa çıxıb. Və guya Belçika rəhbərliyi bilmir ki, həmən o 10 milyard hesabdan necə silinib.
Araşıdırlsa, bəlli olacaq ki, Liviyanın keçmiş liderinin (keçmiş Liviyanın keçmiş lideri də deyə bilərik) qərbdəki digər hesablarından da pullar o cür yox edilib. Onları yox edən isə, Qəddafinin yox edilməsini planlaşdırıb reallaşdıranlardır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...