Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək

Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək

Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək. “Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər. O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri VI Qlobal Bakı Forumu çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək. B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçiriəcək. Baş naziri Bakıya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...