Bakıda gecə klubunda kütləvi dava olub, bıçaqlanan var

Bakıda gecə klubunda kütləvi dava olub, bıçaqlanan var

Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə İzmir küçəsində baş verib.
Həmin küçədə yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava olub.
Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...