"Küləklə əlaqədar təcili yardıma müraciət edən olmayıb" - Baş həkim

 "Küləklə əlaqədar təcili yardıma müraciət edən olmayıb" -

“Bakı və Abşeron yarımadasında dünəndən başlayaraq davam edən güclü küləyin yaratdığı fəsadlarla bağlı təcili tibbi yardıma müraciət edən olmayıb”.

Bu barədə AzVision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
O bildirib ki, təcili yardıma hər zamanki kimi ümumi travmalarla müraciət daxil olub: “Küləyin fəsadları nəticəsində xəsarət alanlarla bağlı müraciət daxil olmayıb. Ümumi travmalarla yaralanan şəxslər olub, bunlar isə küləklə əlaqədar deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...