“Akif Əlizadə mənə zəng vurub, qadağa qoydu” – Jurnalistlərə “küçük” deyən akademik

“Akif Əlizadə mənə zəng vurub, qadağa qoydu” –

Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov KİV-lərdə "Azərbaycanda bir dənə də olsun, jurnalistin olmadığını” söyləyib, onları "bezdarnı”, "savadsız”, "heç nəyə yaramayan” və sonda "küçük” adlandırması məsələsinə yenidən münasibət bildirib. Gundeminfo.az xəbər verir ki, O, Unikal.org-a məsələ ilə bağlı qısa müsahibə verib.

-Ramiz müəllim, KİV rəhbərləri Sizdən dediyiniz ifadələrə görə, üzrxahlıq gözləyir. Dediyiniz ifadələrin üzərində durursunuzmu?

-Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən "küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”.

-Nə üçün bir jurnalistə görə, bütün mətbuatda çalışanları təhqir etdiniz?

-Bir daha deyirəm, emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki, siz də tanıyırsınız?! O adam həm ekologiya, həm də ginekologiyadan danışır. Ünvanıma deyib ki, "ölsün, yerə girsin ki, belə akademik gör nə deyib?”.

Mən bu sözə görə, səhərə kimi yatmamışdım, mətbuata çox əsəbləşmişdim.

-Siz hansı savadlı jurnalistləri tanıyırsız?

- Əlbəttə, Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

-Belə çıxır ki, cavan jurnalistlərə qarşı hörmətiniz yoxdur?

-(Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşa gəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını da gözləmirdim.

-Bu fikirlərinizə görə rəhbərlik tərəfindən cəzalandırıldınızmı?

- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyərdiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

-Bəs Siz nə dediniz?

- Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!...

-Sosial şəbəkələrdə Sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

-(Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50 – 100 qramdan artıq içmirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...