Bahar Muradova əməliyyat olunub?

Bahar Muradova əməliyyat olunub?

Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunub.

Gundeminfo.az xəbər verir ki, unikal.org-un yazdığına görə, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun belindən əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki,əməliyyatdan sonra xanım deputat evində müalicəsini davam etdirir, hazırda yeriyə bilmədiyi deyilir.

B. Muradovanın köməkçisi Bəhruz Seyidəhmədli "Qafqazinfo" ilə əlaqə saxlayaraq xanım deputatın əməliyyat olunmadığını deyib: "Sadəcə bu günlərdə Bahar xanım klinikada müayinə olunub, amma əməliyyat olunmayıb. Hazırda özünü yaxşı hiss edir və Milli Məclisdə bu gün keçiriləcək plenar iclasa qatılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...