Ölkənin qaranlığa qərq olmasının səbəbi açıqlandı RƏSMİ AÇIQLAMA

Ölkənin qaranlığa qərq olmasının səbəbi açıqlandı

Bakı və ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qeyd edək ki, Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş verib və yanğın olub. FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...