"Enerji qəzası Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb" - icra başçısı

"Enerji qəzası Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb" -

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma Tərtər rayonu ərazisindəki Sərsəng Su Anbarının fəaliyyətinə ciddi təsir etməyib.

Gundeminfo.az xəbər verir ki, bu barədə "Trend"ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. O, bildirib ki, rayon ərazisində elektrik enerjisinin verilməsi təmin olunmasa da, rayonun su təchizatında problem yaşanmayıb: “Hələ ki, elektrik enerjisinin verilməsi ilə əlaqədar tədbirlər davam etdirilir. Xəstəxana, hüquq-mühafizə orqanlarıvə digər qurumların fəaliyyət göstərdikləri binalarda elektrik generatorları var və həmin generatorlar binaları elektrik enerjisi ilə təmin edir. Sərsəng Su Anbarında da hələlik ehtiyat suyumuz var. Ona görə də, su təchizatında bu gün problem olmayacaq. Yəqin ki, bu gün elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...