İylənmiş leş ətlər kolbasa üçün istifadə edilir – Bakıda iyrənc görüntülər (VİDEO)

İylənmiş leş ətlər kolbasa üçün istifadə edilir –

“Space” Tv-nin qalmaqallı və sosial verilişlərindən biri olan “Olar? Olmaz!” verilişində inanılmaz görüntülər tamaşaçılara təqdim edilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu dəfə “Baksol” adlanan ərazidə fəaliyyət göstərən fermalardan görüntülər hər kəsi təəccübləndirib. Belə ki, qonşular Amil Xəlilə yazılı müraciət edərək məhəllələrində fəaliyyət göstərən fermaların insan həyatı üçün böyük təhlükə mənbəyi olduğunu vurğulayıblar.

Onlar iddia edirlər ki, buradan donuz və iylənmiş ətlər kolbasa və sosis üçün, hətta iri-iri restoranlara mal əti adı altında təqdim edilir. Daha sonra teleaparıcı Amil Xəlil şikayətçilərlə birgə həmin sexlərə yollanıb.

Görüntülər hər kəsi dəhşətə gətirib. Fermada olan şəxs də tezliklə fermanın bağlanacağını qeyd edib. Ardınca sakinlər Rəsulzadə bələdiyəsinə üz tutublar. Təəssüf ki, icraçı qurum öz ampulalarında qalaraq açıqlama verməyiblər.

Həmin anları sizə təqdim edirik: Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 də “Space” Tv-də yayımlanır və verilişin informasiya dəstəkçisi “Minval.İnfo” saytıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...