"FEMEN"in qurucusu intihar etdi

"FEMEN"in qurucusu intihar etdi

"FEMEN" hərəkatının yaradıcılarından biri olan Oksana Şaçko intihar edib.

Qaynarinfo Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın digər aktivisti İnna Şevçenko verib. Parisdə yerləşən evində özünü öldürən Şaçko ingiliscə "Hamınız saxtasınız" mesajını yazıb. O, son 2 ildə 2 dəfə intihara cəhd etmişdi.

Qeyd edək ki, 2008-ci ildə Ukraynada start götürən "FEMEN" hərəkatı radikal feminist qrup hesab edilir və qadın haqqları uğrunda mübarizə aparır. Hərəkat üzvləri etirazlarını daha çox yarıçılpaq formada həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...