Ukraynada azərbaycanlı iş adamı döyüldü

Ukraynada azərbaycanlı iş adamı döyüldü

Ukraynada əslən Azərbaycanın Lənkəran şəhərindən olan 1966-cı il təvəllüdlü Salayev Xanbaba Baloğlan oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

Hadisə Xarkov vilayətinin Kiyevski rayonunda baş verib. X.Salayevə ağır bədən xəsarətləri yetirilib.

Kiçik sahibkarlıqla məşğul olan azərbaycanlıya hücum edənlərin kimliyi məlum deyil. X.Salayevin vəziyyəti ağırdır, o, rayondakı xəstəxanaların birinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...