“Atamın qırx mərasimindən sonra ifa edəcəm, sənətini mən yaşadacam...”- Həsənağa Sadıqovun oğlu...

“Atamın qırx mərasimindən sonra ifa edəcəm, sənətini mən yaşadacam...”-

Uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı əməkdar mədəniyyət işçisi, əməkdar artist Həsənağa Sadıqov bir həftə öncə vəfat etdi. Məhrumun bu gün yeddi mərasimi keçirilir. H.Sadıqovun oğlu Elşən Sadıqov atası haqda Moderator.az-a danışıb.

Elşən Sadıqovla qısa müsahibəni təqdim edirik.

-Elşən bəy, hamımızın tanıdığı sənətçi atanızı itirdiniz?

-Bəli. Atamın itkisindən sonra özümə gələ bilmirəm. İndi də başımı itirmişəm.

-Dəfn mərasimində atanızın sənət dostları iştirak etdimi?

-Əlbəttə. Professionlar musiqiçilərin çox iştirak etdi. İndi adlarını çəkməkdə çətinlik çəkirəm. Bu gün artıq yeddi mərasimi keçirilir.

-Elə düşünmürsən ki, yeddi mərasimindən sonra durğunluq yaşanacaq, hərə bir tərəfə çıxıb gedəcək?

-Xeyr. Mən elə düşünmürəm. Bir az özümə gəlim qırx mərasimindən sonra öz ifalarımla tamaşaçıların qarşısına çıxacam. Atamın sənətini ölməyəcək, onu mən yaşadacam.

-Siz hansı alətdə ifa edirsiniz?

-Mən də atam kimi bir çox alətlərdə ifa edirəm. Beş yaşımdan musiqiylə məşğulam. İndi qırx üç yaşım var. Bir çox xarici ölkələrdə Mehriban xanım Əliyevanın dəstəyi ilə atamla birlikdə konsertlərdə olmuşuq, Azərbaycanımızı təmsil etmişik. Allah hamısından razı olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...