Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” – Xeyli insanlar bu cür xilas olunub

Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” –

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi haqda çox yazılar yazılıb. Onun Şərqdə qızlar üçün ilk dünyəvi məktəb qurması, binalar tikdirməsi, neftdən gələn pulu insan kapitalına çevirərək qeyri-neft sektoruna qəribə ustalıqla pul yatırması və uğur qazanması haqda və s.

Moderator.az Tağıyevin fenomenliyi və xalqa nə qədər fayda verməsi haqda başqa bir faktı təqdim edir:
O dövrdə Bakı bazarlarında yayın 40 dərəcə istisində rahatlıqla buz tapmaq olurdu. Bu buzun 5 girvəngəsi (bir girvəngə 400 qr) 1 qəpik olub. Lakin o dövrdə buzun əhəmiyyəti qat-qat çox idi. Buz Bakı sakinləri üçün ölüm-qalım məsələsi idi. İlkin tibbi yardım zamanı həkimlər vəziyyətləri çox ağır olan, xüsusi ilə ürəyində problem olan xəstələrə buz yazırdılar. Buz ürəyi xəstə olan və insult keçirmiş insanların sinəsi üstə eləcə də başına qoyulurdu. Bu zaman istidə buz durulmuş qanın laxtalanmasına kömək edir və həmin insanı ölümdən qurtarırdı. O dövrün həkimləri buzla neçə-neçə insanı ölümdən xilas edərək onların yaşamasına səbəb olub.

Soyuducuların 1927-ci ABŞ-da kütləvi istehsalına başlanıldığını nəzərə alsaq XX əsrin əvvəllərində Bakının bazarlarında 2 kilosu bir qəpiyə buz tapmaq necə mümkün idi?

Cavab sadədir:

Hacı Zeynalabdin Tağıyev fenomeni. Hacının Mahaçqalada buz fabriki olub. Hacı balıq vətəgəsində yetişdirdiyi balıqları saxlamaq üçün orada buz istehsal edirdi. Buzun insanların həyatını qurtardığını bilən Hacı buzu Bakıya demək olar pulsuz çatdırırdı. Əgər bazarda baqqal buzun 5 girvəngəsini 1 qəpiyə satırsa bu elə pulsuz deməkdir. Çünki bu bir qəpik elə baqqala çatırdı Hacıya yox. Buzun alınması isə min bir əziyyətlə başa gəlir. Buz zavodlarında hər adam fəhlə işləmirdi. Burada ən qüvvətli şəxslər yüksək donluqla çalışırdılar. Sonradan ABŞ prezidenti olacaq boksçu Duayt Eyzenhauer də cavanlıqda buz zavodunda yüksək əməkhaqqı qarşılığında işləyib. Bütün bunların buzun maya dəyərinin neçəyə başa gəlməsi haqda təsəvvürünüz yaransın deyə yazıram.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...