Ərdoğanın çıxışından sonra "Samsung" telefonları bahalaşdı

Ərdoğanın çıxışından sonra "Samsung" telefonları bahalaşdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Amerikadan idxal etdikləri elektronika məhsullarının baykot edilməsi ilə bağlı çağırışından sonra Türkiyədə “Samsung” firmasına məxsus, demək olar ki, bütün telefon modellərində qiymət artımı müşahidə olunur. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan çıxışında “Biz xarici valyuta ilə aldığımız hər bir məhsulun daha yaxşısını istehsal edəcəyik və satacağıq. Amerikanın elektron məhsullarını baykot edəcəyik. Onların “iPhone”u varsa, digər tərəfdə də “Samsung” var. Öz ölkəmizdə “Venus” var, “Vestel” var. Qoy nə edəcəyimizi anlasınlar”, - deyə bildirmişdi.

Mətbuatın yazdığına görə, bu açıqlamadan sonra qonşu ölkədə “Samsung” telefonlarının “Galaxy Note 8”, “Galaxy S9” ve “Galaxy S9+” modellərinin qiymətləri təxminən 10-15 faiz bahalaşıb. “Galaxy Note 8” 5499 TL-dən 6149 TL-yə, “Galaxy S9” 4899 TL-dən 5349 TL-yə, “Galaxy S9+” 5699 TL-dən 6199 TL-yə çatıb.

Qiymət artımı həmçinin digər modellərdə də müşahidə olunur. “Samsung Galaxy S8” 4399 TL-yə, “Galaxy S8+” 4899 TL-yə, “Galaxy A8” 3399 TL-yə, “Galaxy J8” 2699 TL-yə, “Galaxy J7 Pro” isə 2499 TL-yə satılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...