Dövlət qurumlarının 7,5 milyonluq kommunal borcu: NƏDƏN YARANIB?

Dövlət qurumlarının 7,5 milyonluq kommunal borcu:

2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat təşkil edib. İstehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi olub.

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94,0 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranıb. Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və 0,4 milyon manatlıq istilik enerjisinə qənaət edib.

Bəs görəsən bu artımın səbəbi nədir?


Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasnda bildirdi ki, büdcədən maliyyələşən qurumlarda istifadə olunan elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyərinin artması istehlakın yüksəlməsi və sözügedən xidmətlərin özlərinin bahalaşması ilə əlaqədardır:

"Düzdür, sonuncu barədə qeyd edim ki, elektrik və istilik enerjisinin, təbii qazın qiymətləri demək olar ki, keçən il bahalaşdırılmayıb. Lakin ondan əvvəlki ilin sonunda - dekabrda bahalaşdırma olmuşdu. Bu, istehlak dəyərinə tədricən, oturuşmuşdu. Ancaq təkrar edirəm ki, ümumi dəyərinin artmasının əsas səbəbi bilavasitə istehlakın genişlənməsi ilə əlaqələndirilməlidir. Bəli, büdcədən maliyyələşən istehlakçıların müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və 0,4 milyon manatlıq istilik enerjisinə qənaət etdikləri bildirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...