Tələbələrin ən böyük problemi: KİRAYƏ EV - Hər il artan qiymətləri necə tənzimləməli?

Tələbələrin ən böyük problemi: KİRAYƏ EV -

Azərbaycanda kirayə mənzil bazarında yenidən bahalaşma müşahidə olunur.

BakuPost xəbər verir ki, tələbin daha çox olduğu ərazilərdə mənzillərin qiyməti 350-700 manat arasında dəyişir. Ucuz mənzillərin isə ya şəraiti çox zəifdir, ya əşyasızdır, ya da bir başqa problemi var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BakuPost-a açıqlamasında bildirib ki, bahalaşmaya əsas səbəb hər il olduğu kimi tələbə axınıdır. Hər il iyul-sentyabr aylarında tələbələrin kirayə mənzil axtarışına çıxması təkliflərin qiymətlərində artım yaradır:

"Bu, qısamüddətli məsələdir. Demək olar ki, hər il təkrarlanır. Təqribən iyul-sentyabr ayları arasında baş verir. Əvvəlcə tələbə axını geriyə, sonra şəhərə doğru olur. Birinci mərhələdə təklif portfelinin həcmi artır, tələb aşağı düşür. Sonrakı mərhələdə tələbə axını və müraciətlərin sayının artması ilə əlaqədar tələb artır, təklif paketinin həcmi daralmağa başlayır. Bu da qiymətləri artırır. Hazırki şəraitdə iyun ayında başlayan 20-25 faizlik qiymət azalması qiymət artımı ilə əvəzlənib”.

"Bəs mənzillər nə vaxt ucuzlaşacaq” sualına ekspert "ucuzlaşma olmayacaq” deyə cavab verib: "Amma qiymətlər stabilləşəcək. Bu isə sentyabrın sonlarında olacaq”.

Картинки по запросу kirayə ev

Kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsinin mümkün olmadığını deyən R. Osmanlı maraqlı təkliflə çıxış edib: "Qiymətləri tənzimləmək, stabil saxlamaq üçün ölkədə bu sahəyə olan marağı artırmaq lazımdır. Sahibkarları bu sahəyə yönləndirmək lazımdır. Çünki kifayət qədər gəlirli sahədir. Sahibkarlar bura maraq göstərsələr, hesab edirəm ki, qısa müddətdə kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsi prosesi baş verər. Məsələn, tələbə yataqxanası, hostel tipli obyektlər tikib münasib qiymətə tələbələrə təklif edilə bilər. Bu həm Azərbaycanda xüsusilə şəhərsalma və söküntü ilə əlaqədar məhdudlaşan təklif portfelinin həcminə müsbət təsir göstərər, həm də rəqabəti artırar və qiymətə müsbət təsir göstərər. İndiki şəraitdə Azərbaycanda təklif portfelinin həcmi çox sürətlə daralmaqdadır. Nəzərə alın ki, son 5-10 il ərzində ölkədə kirayə mənzil bazarında təklifin əsas hissəsini təşkil edən bir çox ərazilərdə söküntü işləri aparılıb. "Sovetski” də bura daxildir. Bu da mənzil bazarında artıma gətirib çıxarıb. Hesab edirəm ki, bu prosesi tənzimləməyin yeganə yolu sahibkarları cəlb etməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...