Azərbaycanda marqarin yağının kərə yağı adı ilə satılmasının qarşısı alınacaq

Azərbaycanda marqarin yağının kərə yağı adı ilə satılmasının qarşısı alınacaq

Azərbaycan Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qrupu yaradır.
Bu barədə "Report"a Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov bildirib.
Onun sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd süd məhsulları bazarındakı problemlərin aradan qaldırılmasıdır: "Agentliyin əməkdaşları ilə birlikdə süd məhsullarının üzərinə vurulan məlumatları araşdıracağıq. Həmin məlumatların məhsula tam uyğun olması ilə bağlı birgə fəaliyyət göstərəcəyik. Məsələn, bir çox hallarda marqarin yağı kərə yağı adı ilə satılır. Məqsəd bu cür halların qarşısını almaqdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...