Azərbaycandan erməni cüdoçuların təhlükəsizliyi ilə bağlı - Açıqlama

Azərbaycandan erməni cüdoçuların təhlükəsizliyi ilə bağlı -

Sentyabr 20-27-si tarixində cüdo üzrə 32-ci Dünya çempionatının Azərbaycanda keçirilməsinə bir neçə gün qalmış Ermənistan Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi onların bu iddialarına cavab verib:

“İllər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlükəsizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan tərəfi qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktunu vaxtında Ermənistana təqdim edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...