Ərdoğan İrandadır

Ərdoğan İrandadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısında iştirak etmək üçün Tehranda səfərdədir.

Bu haqda Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir. Həmin toplantıda Suriyadakı, o cümlədən İdlibdəki vəziyyət müzakirə olunacaq. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı bu səfərdə müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak və Prezident Administrasiyasının əlaqələr üzrə sədri Fahrettin Altun müşahidə edirlər.

Xatırladaq ki, sentyabrın 7-də Terhanda keçiriləcək görüşə Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani qatılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...