İmtahan nəticələri ən pis olan rayonlar - SİYAHI

İmtahan nəticələri ən pis olan rayonlar -

“Bu il doqquzuncu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Səbail, Xətai və Nizami rayonları ilk üç yerdə sıralanıb. Son üç yerdə isə Pirallahı, Xəzər və Suraxanı rayonları qərarlaşıb”.

Publika.az-ın xəbərinə görə, bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyeva bildirib ki, son illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində aşağı göstəricilər 0.54 faiz yaxşılaşıb, müvəffəq qiymət alan şagirdlərin göstəriciləri 2.16 faiz yaxşılaşıb.

M.Vəliyeva onu da vurğulayıb ki, 2016/2017-ci tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində müəllimlərinə sayında 0.3, şagirdlərin sayında isə 4.5 faiz artım müşahidə edilir: “Bu tədris ilində təhsil alacaq şagirdlərin 83 faizi Azərbaycan bölməsi,17 faizi rus bölməsi üzrə qeydə alınıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...