UEFA “Qarabağ”a dörd milyon avro ödədi

UEFA “Qarabağ”a dörd milyon avro ödədi

UEFA “Qarabağ” klubuna maliyyə vəsaiti ayırıb. Bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, Ağdam komandasının Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 milyon 35 min 740 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Bildirilib ki, Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 milyon 750 min avro, əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə 1 milyon 285 min 740 avro klubun hesabına köçürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...