İsrail qorxunc raketini Bakıya gətirir - VİDEO

 İsrail qorxunc raketini Bakıya gətirir -

25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, sərgidə İsrailin səsdən sürətli “Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.

İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır.

“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir.

İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən “Rampage” məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi başqa ölkələrə də sata biləcəyi deməkdir.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...