“Azərsun”: Səs yazısı “qara kampaniya"dır

“Azərsun”: Səs yazısı “qara kampaniya"dır

“Azərsun Holdinq”in bir sıra məhsullarında vərəm çöpünün tapıldığının bildirildiyi səs yazısı saxtadır.
Gundeminfo.az xəbər verir ki, bunu açıqlamasında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov bildirib.

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Azərsun Holdinq”in istehsalı olan heç bir məhsulda vərəm çöpü aşkar edilməyib və satışdan yığışdırılması barədə göstəriş verilməyib. Əldə etdiyimiz məlumata görə, səs yazısı “Azərsun Holdinq”ə qarşı aparılan “qara” kampaniyadır”,- A.Səfərov deyib.

Holdinqin sözçüsü əlavə etdi ki, səs yazısını hazırlayıb yayanlar barəsində hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət olunacaqdır.

A. Səfərov vurğuladı ki, tərkibindən əmin olmaq üçün "Azərsun Holdinq"in məhsulları istənilən laboratoriyada yoxlanıla bilər.

Qeyd edək ki, yayılmış səs yazısında bildirilir ki, “Azərsun”un istehsal etdiyi “Final”, “Blendo” yağlarında, “Bizim Tarla” noxudlarında, “Bizim Süfrə” mayonezlərində vərəm çöpləri tapılıb. Əhaliyə bir müddət bu məhsulları almamaq tövsiyə olunur.

Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılmışdır.
“Bonduelle” əmtəə nişanlı yaşıl noxud "Azərsun Holdinq"in istehsal etdiyi "Bizim Tarla" yaşıl noxudlarının ən böyük rəqibidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...