AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal etdi: "Yarasa"

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal etdi: "Yarasa"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Trend xəbər verir ki, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.

Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal etdi: "Yarasa"

Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.

Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.

PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır.

Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.

Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...