“Avroliqa”nın bilet satışından əldə olunan gəlir hansı quruma veriləcək?

“Avroliqa”nın bilet satışından əldə olunan gəlir hansı quruma veriləcək?

Avropa Liqasının final oyununa görə bilet satışından əldə olunan gəlir UEFA-ya gedəcək. Oxu.Az xəbər verir ki, bunu AFFA-nın Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində deyib. O bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib.

Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğin yalnız UEFA-nın büdcəsinə gedəcəyini də bildirib. Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...