Azərbaycanda daha bir uşağı it dişlədi

Azərbaycanda daha bir uşağı it dişlədi

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 26-da axşam saaat 10 radələrində rayonun İbrahim kəndinin sakini, 2012-ci il təvəllüdlü Finan Elşad oğlu Məmmədov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bildirilib ki, 7 yaşlı F.Məmmədov yaşadığı evin yaxınlığında oynayarkən sahibsiz it ona hucum edib və sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib. F.Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...