Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır - ŞƏRH

Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır -

Dünya miqyasında erməni ictimaiyyətinin öyündüyü 3 fiqur var: Şarl Aznavur, Kim Kardaşyan və Henrix Mxitaryan. Erməni siyasiləri və ictimai xadimləri, habelə diasporu və lobbisi bir qayda olaraq bu üçlükdən Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyalarında istifadə edirlər.

Şarl Aznavur vəfat etdiyindən indi ikisi qalıb. Son zamanlar UEFA kubokunun Bakıda keçiriləcək final oyunu ətrafında ermənilərin təbliğat maşını hər cür çirkli yola əl atır. Onlar iddia edirdilər ki, bu qarşılaşmada oynamaq üçün Azərbaycan H.Mxitaryanı Bakıya buraxmır. Bu idman bayramını Ermənistan Xarici İşlər Nazirliyi də korlamağa cəhd göstərib.

Bu il mayın 25-də ABŞ-ın CNN telekanalına müsahibəsində Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirmişdi ki, guya Azərbaycan bu futbolçunun təhlükəsizliyinə təminat verməyib.
Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır -
Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır -

Halbuki Azərbaycan Xarici İşlər Nazirliyi mayın 11-də yaydığı açıqlamada "Arsenal" klubunun yarımmüdafiəçisi, milliyyətcə erməni olan Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalında "Çelsi"yə qarşı matçda iştirak etməsi üçün ölkəyə gəlməsində heç bir problemin olmadığını bildirmişdi.

Yeri gəlmişkən, bu futbolçu əvvəllər də Bakıya gəlməkdən şəxsi təşəbbüsü ilə imtina etmişdi. Azərbaycan 2015-ci ildə Avropa Liqasının oyunları çərçivəsində Mxitaryanın "Qəbələ" klubu (Qəbələ) ilə oynamaq üçün "Borussiya" klubunun (Dortmund) tərkibində, 2018-ci ildə isə "Qarabağ" klubu (Ağdam) ilə oynamaq üçün "Arsenal"ın tərkibində Bakıya gəlməsinə etiraz etməyib.

Azərbaycan Dövlət Turizm Agentliyi digər dövlət strukturları, Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə, gələn turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradılmasına tam hazır olduqlarını bildiriblər.

Görünür, “Arsenal” erməni futbolçunun nazı ilə çox oynamaq istəməyib. Klubun rəhbərliyi “həvəsdir, bəsdir” deyib, Mxitaryan barədə məntiqi qərar qəbul edib.

Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırması klubda ciddi narazılığa səbəb olub. London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib. Klub yay fasiləsində onu satacağını açıqlayıb. Başqa sözlə, Mxitaryan özünün və ailəsinin qərarı ilə Bakıya gəlməkdən boyun qaçırdığı üçün satışa çıxarılacaq.

Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün müqaviləyə riayət etməməsi müzakirə olunacaq. Həmçinin İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq.
Ona görə hesab etmək olar ki, “Arsenal” rəhbərliyi bir az erməni hay-küyünə uydu. Ancaq “zərərin yarısından qayıtmaqda fayda var” - deyib atalarımız.
Məsut Özilə görə “Arsenal”ı sevənlərlə yanaşı, Bakıda “Çelsi”nin də tərəfdarları az deyil. Necə deyərlər, “oyunçu aparsın”, “ən güclü zəfər çalsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...