Prezident Əliyevin köməkçisi Mxitaryan və Qarabağ haqqında

Prezident Əliyevin köməkçisi Mxitaryan və Qarabağ haqqında

“Gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır. Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitariyan da daxil olmaqla Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir".

Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa "Arsenal" komandasının futbolçusu Henrik Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətlə bağlı İtaliyanın KİV-nə müsahibəsində deyib.

O vurğulayıb ki, futbol, ümumiyyətlə idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir: "Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba, "Arsenal" və "Çelsi"yə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”.

Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də ki Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini deyən H.Hacıyev bildirib: “Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.

Müsahibə İl Sole 24 Ore, Libero Quotidiano, İl Tempo, Affari İtaliani, İl Fogliettone, Quotidiano, Corriere di Siena, Corriere di Rieti, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere dell’Umbira, Unione Sarda, Virgilio, Yahoo Notizie kimi mətbuat orqanlarında dərc edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...