"ASAN xidmət"də çalışanların orta yaş həddi 30-dur - HESABAT

"ASAN xidmət"də çalışanların orta yaş həddi 30-dur -

Ötən il Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kadr potensialının gücləndirilməsi məqsədi ilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsabiqə və müsahibələrin nəticələrinə görə 200 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub.

"Report"un məlumatına görə, bu, Dövlət Agentliyinin 2018-ci il üzrə hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Dövlət Agentliyinin işçilərinin sayı 75 vahid artırılaraq 715 ştat vahidi təşkil edib. Eyni zamanda, əməkdaşların 59,8%-i kişilər, 40,2%-i qadınlardır, orta yaş həddi isə 30-dur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...