Rövnəq Abdullayev Rusiya zavodunun alınması haqda

Rövnəq Abdullayev Rusiya zavodunun alınması haqda

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var". "Report" xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.

"Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır", - R.Abdullayev qeyd edib. Virtualaz.org xatırladır ki, Antipinsk neft emalı zavodu 9 milyon ton həcmində dizel yanacağı, karbohidrogen qazı və durulaşdırılmış neft koksu istehsal etmək gücünə malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...