Göygöldə çəyirtkələr örüş sahələrinə hücum çəkib

Göygöldə çəyirtkələr örüş sahələrinə hücum çəkib


Göygöldə bəzi örüş sahələrini çəyirtkə sürüləri basıb. ONA-nın qərb bürosunun xəbərinə görə, sakinlər artıq həşəratların artıq mal-qaranın otlaq sahəsini məhv etdiyini deyir.

Çəyirtkə sürüləri əvvəlcə çöllüyə, talalara, daha sonra isə kəndin örüş sahələrinə hücum çəkib. Göygölün Danayer kəndinin sakinləri deyir ki, bir müddətdir davam edən bu problem səbəbindən artıq heyvanları otarmaq üçün otlaq sahə tapmaq müşkülə çevrilib.

Sakinlərin sözlərinə görə, heyvanları məcburiyyətdən kənar ərazilərə aparmalı olurlar ki, bu da həm uzaqlıq, həm də başqa rayonun ərazisi olması baxımından problem yaradır.

Göygöl Bitki Mühafizə Mərkəzindən bildiriblər ki, hazırda rayonun çəyirtkədən daha çox əziyyət çəkən Çaylı və Dozular kəndlərində həşəratlara qarşı mübarizə tədbirləri aparılır. Danayer kəndindən isə bununla bağlı müraciət daxil olmayıb. Buna baxmayaraq, bu ərazidə mübarizə tədbirlərinin aparılması mümkündür. Bir şərtlə ki sakinlər də prosesə qoşulsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...