Rayon rəhbəri Ramazan Bayramı münasibətilə aprel şəhidi Nicat İsgəndərovun ailəsinə baş çəkib

Rayon rəhbəri Ramazan Bayramı münasibətilə  aprel şəhidi Nicat İsgəndərovun  ailəsinə baş çəkib

Tərtərdə şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır.

Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində işlər görür.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ramazan Bayramı münasibətilə aprel şəhidi Nicat İsgəndərovun atası Bəhruz İsəndərovun evində olub, onun səhəhətilə maraqlanıb. Qeyd edək ki, şəhid atası Bəhruz İsgəndərov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə may ayının 23 də ürəyində yaranmış problemlə əlaqədar əməliyyat olunub, hazırda sağlığına qovuşub.

Rayon rəhbəri şəhid atasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, bayram sovqatları verib və xoş arzularını çatdırıb. Bildirib ki, bu gün özümə borc bildim ki, gəlib Sizə baş çəkim, bayramınızı təbrik edim. Siz şəhid valdeyinlərinə qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur.

Vətən üçün igid oğullar böyüdən valdeyinlərə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid atası ilə səmimi söhbətdə rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şəhid atası Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

Rayon rəhbəri Ramazan Bayramı münasibətilə  aprel şəhidi Nicat İsgəndərovun  ailəsinə baş çəkib
Rayon rəhbəri Ramazan Bayramı münasibətilə  aprel şəhidi Nicat İsgəndərovun  ailəsinə baş çəkib
Rayon rəhbəri Ramazan Bayramı münasibətilə  aprel şəhidi Nicat İsgəndərovun  ailəsinə baş çəkib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...